
Avropa Şurasının prezidenti Antonio Kosta Avropa İttifaqının (Aİ) növbəti yeddi illik büdcəsində ciddi ixtisarlar etməyi hədəfləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatlarına görə, Avropa Şurasının prezidentinin təklifinin şənbə günü təqdim edilməsi gözlənilir.
İxtisarlar regional siyasət üçün maliyyələşdirmələrə təsir edə bilər. Kənd təsərrüfatı subsidiyalarının isə dəyişməz qalacağı gözlənilir.
İki mənbənin sözlərinə görə, ümumi büdcə kəsirləri Aİ Şurasına sədrlik edən İrlandiyanın irəli sürdüyü əvvəlki büdcə təklifi ilə müqayisədə 40 milyard avro təşkil edə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz