Kanadada həbs edilən ermənini 5 illik həbs cəzası gözləyir

Rusiyanın Aeroflot şirkətinə məxsus Moskvadan Los-Angelesə uçan təyyarədə dava-dalaş salan Sisak Xudaverdyanı ağır cəza gözləyir. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, Xudaverdyanın dalaşması nəticəsində sərnişin təyyarəsi Kanadanın İkaliut şəhər hava limanına enməyə məcbur olub. Bundan sonra hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həbs edilən erməni istintaq zamanı günahını boynuna almayıb. Amma Xudaverdyanın vəkilləri onun guya psixi pozğunluqdan əzyyət çəkdiyini iddia edərək onun həbsdən azad edilməsi məsələsini qaldırıblar. Əgər tibbi ekspertiza zamanı vəkillər iddialarını sübut edə bilməsələr, onda Xudaverdyan 5 il müddətinə azadlıqdan məhrum ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top