“Real Madrid” Kurtua ilə müqaviləni uzatdı


İspaniyanın “Real Madrid” klubu belçikalı qapıçı Tibo Kurtua ilə müqaviləni uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeni müqavilə 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
Qeyd edək ki, Kurtuanın 34 yaşı var. O, 2018-ci ilin yayından bəri “Real Madrid”də oynayır və üç İspaniya titulunu, iki Çempionlar Liqası və UEFA Super Kubokunu, üç İspaniya Super Kubokunu, bir Kral Kubokunu, bir Klublararası Dünya Kubokunu və bir Qitələrarası Kuboku qazanıb. Karyerası ərzində o, həmçinin Belçikanın “Qenk”, İngiltərənin “Çelsi” və İspaniyanın “Atletiko Madrid” komandalarında da oynayıb. Kurtua “Lev Yaşin” mükafatına layiq görülüb (2022). Belçika milli komandası ilə qapıçı 2018-ci ildə Dünya Kubokunda bürünc medal qazanıb və turnirin ən yaxşı qapıçısı seçilib.

DİGƏR XƏBƏRLƏR

Top