Ermənistan Rusiyaya yeni səfir təyin etdi


Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Samvel Mkrtçyanın Rusiyaya səfiri təyin edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, fərman prezidentin rəsmi saytında dərc edilib.
Sənəd Ermənistan Baş nazirinin təklifi əsasında imzalanıb.
Başqa bir fərmanla səfir Qurgen Arsenyan Rusiyadan geri çağırılıb.
67 yaşlı Samvel Mkrtçyan bir neçə Avropa ölkəsində səfir vəzifəsini icra edib. O, 1991-ci ildən Ermənistan Xarici İşlər Nazirliyində işləyib, ATƏT, BMT və MAQATE missiyalarında vəzifələr tutub. 2004-cü ildən 2010-cu ilə qədər Ermənistanın NATO-dakı nümayəndəsi olub.

DİGƏR XƏBƏRLƏR

Top