Hansı rayonlarda qoyun və keçilərin sayı nə qədər artıb? – Siyahı


Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 6 milyon 735 min 66 baş qoyun və keçi olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qoyun və keçilərin sayı 28 min 616 baş və ya 0,4 faiz azalıb.
Qeyd edək ki, qoyun və keçilərin sayında ən böyük artım Qax rayonunda qeydə alınıb. Belə ki, rayonda xırdabuynuzluların sayı ötən illə müqayisədə 22 min 385 baş və ya 40 faiz artaraq 78 min 305 başa çatıb.
Artım göstəricisinə görə Qax rayonundan sonra Şuşa rayonu gəlir. Burada qoyun və keçilərin sayı 5 min 531 baş və ya 25 faiz artaraq 27 min 618 baş olub.
Bunlardan başqa, Ağdərə rayonunda 3 min 44 baş (18,9 faiz), Şərur rayonunda 12 min 176 baş (14,6 faiz), Daşkəsən rayonunda 9 min 934 baş (12,1 faiz), Sədərək rayonunda isə 861 baş (7 faiz) artım qeydə alınıb.
Qoyun və keçilərin sayında ən böyük azalma isə Lerik rayonunda qeydə alınıb. Belə ki, rayonda onların sayı 15 min 662 baş və ya 18,9 faiz azalaraq 67 min 51 başa düşüb.
Şahbuz rayonunda qoyun və keçilərin sayı 5 min 995 baş (17,7 faiz), Ordubad rayonunda 5 min 546 baş (14,6 faiz), Şirvan şəhərində 5 min 749 baş (58,9 faiz), Şamaxı rayonunda isə 7 min 856 baş (8,4 faiz) azalıb.
Faiz ifadəsində ən böyük azalma Şirvan şəhərində qeydə alınıb. Burada qoyun və keçilərin sayı bir il ərzində 9 min 760 başdan 4 min 11 başa enib. Beləliklə, azalma 58,9 faiz təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top