Azərbaycanda ən yüksək və ən aşağı pensiya hansı rayonlarda verilir? – Siyahı


Bu ilin oktyabrın 1-ə olan məlumata görə, Azərbaycanda pensiyaların orta aylıq məbləği 595,80 manat təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə pensiyaçıların sayı 1 milyon 94 min 186 nəfər olub.
Bakı şəhərində pensiyaların orta aylıq məbləği 820,88 manat təşkil etməklə digər inzibati ərazi vahidlərini xeyli qabaqlayıb.
Bakıdan sonra ən yüksək orta pensiya məbləği Naxçıvan Muxtar respublikasında qeydə alınıb. Naxçıvanda orta aylıq pensiya 555,19 manat təşkil edib. Bundan başqa, Zəngilan rayonunda da orta aylıq pensiya məbləği 500 manatdan yüksək olub. Zəngilanda orta aylıq pensiya 502,20 manat olub.
Beləliklə, Bakı, Naxçıvan və Zəngilan Azərbaycanda orta aylıq pensiyanın 500 manatdan yuxarı olduğu bölgələr olub. Digər şəhər və rayonlarda orta aylıq pensiya 500 manatdan aşağı olub.
Bakı və Naxçıvandan sonra orta aylıq pensiya məbləğinə görə ilk 10 rayon aşağıdakı kimi olub:
Zəngilan rayonu – 502,20 manat;
Şuşa rayonu – 491,95 manat;
Siyəzən rayonu – 489,91 manat;
Abşeron rayonu – 485,75 manat;
Qubadlı rayonu – 478,62 manat;
Salyan rayonu – 470,06 manat;
Hacıqabul rayonu – 469,85 manat;
Neftçala rayonu – 468,68 manat;
Şabran rayonu – 467,60 manat;
Qazax rayonu – 465,95 manat.


Ən aşağı pensiya verilən 10 rayon
Ən aşağı orta aylıq pensiya isə Xocalı rayonunda qeydə alınıb. Burada bu göstərici 439,79 manat təşkil edib.
Orta aylıq pensiya məbləğinə görə son 10-luqda yer alan rayonlar isə aşağıdakılardır:
Xocalı rayonu – 439,79 manat;
Balakən rayonu – 442,44 manat;
Xızı rayonu – 444,30 manat;
Ağdam rayonu – 447,01 manat;
Zaqatala rayonu – 448,01 manat;
Biləsuvar rayonu – 448,15 manat;
Astara rayonu – 448,96 manat;
Ucar rayonu – 449,21 manat;
Masallı rayonu – 449,69 manat;
Xocavənd rayonu – 449,71 manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top