BMT TŞ Gülbəddin Hikmətyara qarşı sanksiyanı ləğv edib

BMT Təhlükəsizlik Şurası Əfqanıstan Hezb-e-İslam Partiyasının lideri Gülbəddin Hikmətyarın adını sanksiyalar tətbiq edilən şəxslər sırasından çıxarıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Hikmətyara qarşı tətbiq edilən sanksiyanın aradan qaldırılmasına səbəb Əfqanıstan hökumətinin müvafiq xahişlə BMT TŞ-yə müraciət etməsi olub. Müraciətdə bildirilib ki, ötən ilin sentyabr ayında hökumət Hikmətyarla sülh anlaşması imzalayıb. Qeyd edək ki, Hezb-e-İslam Partiyası 1976-cı ildə yaradılıb və onun üzvlərinin böyük əksəriyyətini puştunlar təşkil edir. Hezb-e-İslam Partiyasının parlamentdə deputatları var. 2012-2013-cü illərdə Hezb-e-İslam Partiyası ABŞ-da həyata keçirilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb və onlar ölkənin şəriət qanunları ilə idarə olunmasına tərəfdardırlar.

DİGƏR XƏBƏRLƏR

Top