Erməni icması İstanbul patriarxı ilə bağlı problemdən narahatdır

İstanbul erməni patriarxının seçilməsi məsələsində qeyri-müəyyənlik əmələ gəlib. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, buna səbəb patriarx seçkilərinin təxirə salınmasıdır. Məsələ ilə bağlı İstanbulda erməni dilində çıxan "Aqos" qəzeti yazıb ki, erməni icmasının nümayəndəsi, erməni xəstəxanasının himayədarı Petros Şirinoğlu prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə erməni patriarxının seçilməsi məsələsini həll edə bilməyib. Ərdoğan Şirinoğluna bildirib ki, İstanbul erməni patriarxının seçilməsi məsələsi ilə ölkədə Konsititusiya referendumu baş tutandan sonra nəzərdən keçiriləcək. "Aqos" yazır ki, məsələnin belə qoyuluşu erməni icması tərəfindən narazılıqla qarşılanıb.

Xatırladaq ki, erməni icması arasında İstanbul patriarxının seçilməsi məsələsində fikir ayrılıqları mövcuddur. Hazırda xəstə olan Mutafyan erməni patriarxı kimi vəzifəsini icra edə bilmir. Patriarxat seçimləri nizamnaməsinə əsasən isə yeni başçı ancaq patriarx vəfat etdikdən sonra seçilə bilər. Bu isə erməni icması arasında patriarxın seçimi ilə bağlı parçalanmaya gətirib çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top