
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ailəsinə aid olan “Bandido 90” yaxtası İspaniyada keçirilən hərracda 3,3 milyon avroya satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, “Bandido 90” yaxtası 2007-ci ildə inşa edilib. Yanukoviçin böyük oğlu Aleksandr onu hərracda 5,9 milyon avroya alıb.
2006-cı ildə Yanukoviç ailəsi hətta Balaklavada yaxta klubu da yaradıb və Aleksandrın şirkətləri sahili və binaları icarəyə götürüb.
2010-cu ildə “Bandido 90” ilk dəfə Balaklavaya gedib. Daha sonra yaxta Sevastopol və Yaltada olub. 2014-cü ildən sonra yaxta Aralıq dənizinə üzüb.
Aleksandr Yanukoviç onun ailəsinə məxsus olduğunu inkar edib.
Daha sonra o, Türkiyədə modernləşdirilib və hazırda İspaniyanın cənubunda Portuqaliya bayrağı altında üzür.
Satış “Drettmann Yachts” şirkətinin vasitəçiliyi ilə “Sunseeker Poland” tərəfindən həyata keçirilib.
Yaxtanın yeni sahibinin adı açıqlanmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz