Kərim Abasov Mehriban Xanlarovadan nazirlərə şikayət FOTO

Müğənni Kərim Abasov Əməkdar artist Mehriban Xanlarovanın onun barəsində söylədiyi “Kərimi həbs etdirəcəyəm” açıqlamasından sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov və ədliyyə naziri Fikrət Məmmədova açıq məktub ünvanlayıb.

Həmin məktub:

“Hörmətli nazirlər, mən azad Azərbaycan Respublikasının azad vətəndaşıyam. Amma bəzi adamların əlindən azad yaşaya bilmirəm. Mənə hədə-qorxu gəlirlər, bezdim... Məni özümə qəsd dərəcəsinə çatdırıblar. Məhkəmənin çıxardığı qərara əsasən, Xanlarova Mehriban Aslan qızından sosial şəbəkədə üzr istədim. Lakin o, məni tutdurmaqla hədələyir.

Bilmirəm, bu insanın arxasında hansı hakim durub ki, hər kəsdən məhkəmə yolu ilə istədiyi pulu alır və istədiyi insanı həbs etdirməklə hədələyir. Mən başa düşmürəm ki, bu qadın aktrisadır, yoxsa qanun? Bu insan görün özünə necə arxayındır ki, səbəbi olmadan “səni tutduracağam” deyir. Məhkəmə qərarı ilə bütün qərarları öz istədiyi kimi çıxartdırır.

Mənim Azərbaycan Respublikasında bəlli nüfuzum var. Bu insan mənim nüfuzumu yerə vurmaq istəyir. Axı niyə? Kim bu qadına bu ixtiyarı verib? Mən bütün dövlət tədbirlərində fəal iştirak edən sənətçiyəm. Mən indiyə kimi Azərbaycan Respublikasında qanun çərçivəsində yaşayan bir vətəndaş olmuşam. Amma bu qadının əlindən yaşaya bilmirəm. Mənə kömək etməyinizi rica edirəm. Mehriban Xanlarovanın etdiyi monarxiyaya son qoymağınızı xahiş edirəm”.

oxu.az

DİGƏR XƏBƏRLƏR

Top