“Azərbaycanla sülh müqaviləsi konstitusiyaya dəyişikliklərdən sonra bir neçə gün ərzində imzalana bilər” – Simonyan


Ermənistan Konstitusiyasında dəyişiklik edildikdən sonra bir neçə gün ərzində Azərbaycanla sülh müqaviləsi imzalana bilər.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İctimai Televiziyaya verdiyi müsahibədə bildirib.
“Mən Azərbaycanla danışıqlarda iştirak edirəm və mənim fikrimcə, Konstitusiyaya dəyişiklik edilərsə, sülh müqavilənin imzalanması bir neçə günün məsələsidir”, - deyə o bildirib.
Qeyd edək ki, ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistanda konstitusiya dəyişikliklərini şərt kimi irəli sürür. 

DİGƏR XƏBƏRLƏR

Top