FİFA prezidentliyinə kimlər namizəd olacaq?


Hazırkı FİFA prezidenti Canni İnfantino ilə yanaşı, Yaponiya Futbol Assosiasiyasının keçmiş prezidenti Kozo Taşima və Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo seçkilərdə mabarizə aparacaqlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidmətindən məlumat verilib.  Məlumata görə, namizədlər baxılması və seçkilərdə iştirak etmək hüququ barədə qərar qəbul edilməsi üçün Seçki Komitəsinə təqdim edilib.
FIFA Nizamnaməsinə və seçki təqviminə əsasən, FIFA üzv assosiasiyalarına namizəd və iştirak hüququna malik namizədlərin siyahısı barədə 18 fevraldan gec olmayaraq məlumat veriləcək.
FIFA qaydalarına əsasən, prezidentliyə namizəd ərizəsinin təsdiqlənməsi üçün ən azı beş FIFA üzv assosiasiyasından dəstək bəyanatı təqdim etməlidir. Bu beş assosiasiyadan biri namizədi irəli sürən assosiasiyadır. Lakin eyni assosiasiya eyni anda iki namizədi təqdim edə bilməz. Belə hallarda həmin səslər ləğv ediləcək.
Qeyd edək ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə FİFA prezidenti seçilib. Daha sonra o, iki dəfə rəqibsiz yenidən seçilib.
68 yaşlı Taşima isə 2016-cı ildən 2024-cü ilə qədər Yaponiya Futbol Assosiasiyasının prezidenti olub. O, 2015-ci ilin aprel ayından FİFA üzvüdür.
Diallo isə 63 yaşındadır. 2021-ci ilin mart ayında Fransa Futbol Federasiyasının icra komitəsinə seçilib, dekabr ayında isə vitse-prezident müavini olub. 2023-cü ilin fevral ayında Fransa təşkilatının rəhbərliyini öz üzərinə götürüb. Aprel ayında isə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) icra komitəsinə seçilib.
Bundan əvvəl Diallo Fransa Peşəkar Futbol Klubları İttifaqının direktoru vəzifəsini tutub (1992-2021). O, həmçinin Fransa Peşəkar Futbol Liqasının idarə heyətində və FIFA Mübahisələrin Həlli Palatasında fəaliyyət göstərib.
Xatırladaq ki, ki, FİFA prezidentliyinə seçkilər 2027-ci il martın 18-də, təşkilatın Mərakeşdə keçiriləcək konqresi zamanı baş tutacaq. 

DİGƏR XƏBƏRLƏR

Top