Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.
Nazirlik həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, faciədən zərər çəkənlərin yanında olduğunu bildirib və xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayıb.
Qeyd edək ki, noyabrın 19-da Tbilisinin Zemo Poniçala qəsəbəsində beşmərtəbəli yaşayış binasında qaz qızdırıcısının partlaması nəticəsində binanın bir hissəsi dağılıb. Hadisə nəticəsində 5 nəfər həlak olub, dağıntılar altında qalan sonuncu şəxsin axtarışları davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top