“Avropa üçlüyü” Rusiya ilə dialoq imkanlarını müzakirə edir – “Bloomberg”


Fransa, Almaniya və Böyük Britaniya Ukrayna ilə bağlı danışıqları müzakirə etmək üçün Rusiya nümayəndələri ilə görüş keçirmək imkanlarını müzakirə edirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, adı çəkilən ölkələrdən birinin milli təhlükəsizlik müşaviri bu məsələni Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla müzakirə edib.
Agentliyin məlumatına görə, Kreml nümayəndəsi görüşün Moskvada keçirilməsini təklif edib.
Söhbətin təfərrüatları və müzakirə olunan görüşün mümkün formatı açıqlanmayıb.
Qeyd edək ki, noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqelərini müəyyənləşdirmək üçün Avropa ölkələrinin nümayəndələrini Moskvaya dəvət etdiyini açıqlayıb. O, Moskvanın Avropa dövlətlərinin sülh prosesinə yanaşmalarını öyrənməkdə və onların tam olaraq nə təklif etməyə hazır olduqlarını müəyyən etməkdə maraqlı olduğunu bildirib.
Xatırladaq ki, Fransa, Almaniya və Böyük Britaniya üç aparıcı Avropa gücünün “Avropa üçlüyü” adlanan qeyri-rəsmi birliyinin bir hissəsidir.

DİGƏR XƏBƏRLƏR

Top