
Gürcüstanın paytaxtı Tbilisinin Kvemo-Poniçala rayonunda yaşayış binasında partlayış baş verib.
Yeniavaz.com Gürcüstan KİV-ə istinadla xəbər verir ki, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.
İlkin məlumata görə, partlayış binanın beşinci mərtəbəsində baş verib.
Hadisəyə beşinci mərtəbədə istifadə olunan qaz qızdırıcısının partlamasının səbəb olduğu bildirilir.
Axtarış-xialsetmə əməliyyatına xüsusi texnika, canlı qüvvə və xüsusi təlim keçmiş itlər cəlb olunub. Sakinlər binadan təxliyə edilib.
Dağıntılar altından beş nəfərin meyiti çıxarılıb. Meyiti çıxarılanlardan biri uşaqdır.
Həmçinin, dağıntılar altından bir uşaq sağ çıxarılıb.
Partlayış zamanı xəsarət alan dörd nəfər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Hazırda daha bir nəfərin axtarışı davam etdirilir. Onun da uşaq olduğu bildirilir.
Aparılmış yoxlamalar zamanı binanın bir hissəsinin yaşayış üçün yararsız olduğu müəyyənləşdirilib.
Tbilisi meri Kaxa Kaladze binanın sakinlərini yerləşdirmək üçün təcili otellər hazırlandığını bildirib.
Faktla bağlı cinayət işi açılıb.



Tətbiqimizi yükləyə bilərsiniz