Putin, Tramp və Si Cinpin sülh bəyannaməsi qəbul etdilər – Təfərrüatlar


Çinin Şençjen şəhərində Rusiya, ABŞ və Çin prezidentləri Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında keçirilən üçtərəfli sammitin yekununda “Rusiya, Çin və ABŞ dövlət başçılarının sülh haqqında Bəyannaməsi” adlı sənəd qəbul edilib.
Yeniavaz.com
xəbər verir ki, tərəflər bu sənədlə təsdiq ediblər ki, nüvə müharibəsində qalib ola bilməz və o, heç vaxt başlamamalıdır.
Liderlər nüvə risklərini azaltmaq və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün dialoq aparmaq barədə razılığa gəliblər.
Onlar həmçinin beynəlxalq vəziyyəti ətraflı müzakirə ediblər və strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını təsdiq ediblər.
Tərəflər BMT-də islahatların aparılmasını müdafiə ediblər. Təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, hər üç dövlət qlobal çağırışlara daha yaxşı cavab verə bilməsi və beynəlxalq sülh və təhlükəsizliyin qorunması kimi əsas missiyasını yerinə yetirə bilməsi üçün onun effektivliyini artırmağın zəruri olduğunu qeyd ediblər.
Bəyannamədə beynəlxalq hüquq məsələlərinə, həmçinin, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) fəaliyyətinə xüsusi diqqət yetirilib.
”Üç dövlət başçısı dövlətlərin razılığı prinsipinin və dövlət məmurlarının toxunulmazlığına hörmətin fundamental əhəmiyyət kəsb etdiyini qeyd edir və Beynəlxalq Cinayət Məhkəməsinin və digər oxşar strukturların səlahiyyətlərindən sui-istifadə etməməli olduqları barədə razılığa gəlirlər”, - sənəddə qeyd edilib.  
Bundan əlavə, Rusiya, Çin və ABŞ bütün ölkələrin rifahı naminə emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmaq niyyətlərini elan ediblər. Liderlər həmçinin sabit enerji təchizatının vacibliyini vurğulayıblar.
Danışıqlardan sonra Si Cinpin görüşü müsbət, konstruktiv və əhəmiyyətli nəticələr verən görüş adlandırıb. Putin və Tramp isə öz növbələrində tarixi sammitin təşkilinə görə Çinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Rusiya, ABŞ və Çin liderləri arasında ilk üçtərəfli görüş Şençjendə, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub. Danışıqlar uzunömürlülük və firavanlıq simvolu olan mifik Çin təkbuynuzunun adını daşıyan “Tsilin Şançjuan” Dövlət Qonaq Evində baş tutub.
Görüş bir saat yarım davam edib.

DİGƏR XƏBƏRLƏR

Top