
Son bir gün ərzində Azərbaycanda qızılın bir qramının qiyməti 3,4 manat və ya 1,6% ucuzlaşaraq 204,2 manata düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu qiymət 2026-cı il ərzində qeydə alınan ən aşağı göstərici olub.
Qeyd edək ki, bu il qızılın qiyməti ən yüksək həddə yanvar ayının 29-da çatıb. Həmin tarixdə qızılın bir qramı 304,7 manat təşkil edib. Açıqlanan məlumatlardan da göründüyü kimi, yanvar ayının 29-dan bu günə kimi qızıl 33% ucuzlaşıb.
Məlumat üçün bildirək ki, son illər dünyada qızılın qiymətində sürətli bahalaşma müşahidə olunub. Bu səbəbdən son 2 ildə Dövlət Neft Fondu böyük həcmdə qızıl alışı həyata keçirib. 2024-2025-ci illərdə Azərbaycan xaricdən 98 min tondan çox qızıl idxal edib. 2024-cü ildə idxal olunan qızılın bir qramının orta gömrük dəyəri 137 manat, 2025-ci ildə idxal olunan qızılın bir qramının orta gömrük dəyəri isə 185 manat olub.
Son aylarda isə qızılın qiymətində sürətli ucuzlaşma baş verir. Qızılın ucuzlaşması səbəbindən son 2 ildə ölkəyə idxal olunan qızıl yenidən ixrac edilir. Bu ilin ilk 9 ayında Azərbaycandan xaricə 21,9 min ton qızıl ixrac olunub. İxrac olunan qızılın bir qramının orta gömrük dəyəri 269 manat olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz