Dünyada internetə ən çox senzura tətbiq edən ölkələrin adları açıqlanıb – Siyahı


Dünyanın 179 ölkəsində internetdə siyasi məlumatlara çıxışın məhdudlaşdırılması ilə bağlı araşdırma aparılıb.
Yeniavaz.com
xəbər verir ki, İsveçin “V-Dem” İnstitutunun həyata keçirdiyi Rəqəmsal Cəmiyyət Layihəsi (Digital Society Project) hökumətlərin siyasi məlumatları internetdə nə dərəcədə məhdudlaşdırdığı qiymətləndirilib.
Araşdırmanın nəticələrinə görə, internetə ən çox senzura tətbiq edən ölkə Şimali Koreyadır. Bu ölkə mənfi 3,74 balla 179 dövlət arasında sonuncu yerdə qərarlaşıb.
İnternetdə siyasi məlumatların məhdudlaşdırılması üzrə ilk beşlikdə Efiopiya (-3,26), Əlcəzair (-3,23), Səudiyyə Ərəbistanı (-3,21) və Birləşmiş Ərəb Əmirlikləri (-3,21) yer alıb.
Bunlardan başqa Türkmənistan 6-cı (-3,09), Çin 7-ci (-2,82), Nikaraqua 8-ci (-2,78), Vyetnam 9-cu (-2,71), Eritreya 10-cu (-2,69) sırada qərarlaşıb. 
Araşdırmada Azərbaycan mənfi 1,52 balla 179 ölkə arasında 28-ci yerdə qərarlaşıb.
Keçmiş SSRİ və qonşu ölkələri arasında isə ən aşağı göstərici Türkmənistana (-3,09) məxsusdur. İran mənfi 2,66 balla 179 öllkə arasında 11-ci, Belarus mənfi 2,50 balla 12-ci, Tacikistan mənfi 2,14 balla 18-ci, Rusiya isə mənfi 2 balla 19-cu yerdədir. Qonşu ölkələr arasında internetə ən az senzura tətbiq edən ölkə Ermənistan (+1,28) olub. Ermənistan bu sahədə Fransa (+1,25), Yunanıstan (+1,18), Kanada (+1,07), Almaniya (+0,52) kimi ölkələri qabaqlayıb.
Digər tərəfdən, internetə ən az senzura tətbiq edən ölkələr Belçika (+2,70), Litva (+2,56), Lüksemburq (+2,55), Norveç (+2,50) və İsveçrə (+2,48) olub.
Keçmiş SSRİ və qonşu ölkələrin 179 dövlət arasındakı mövqeyi aşağıdakı kimi olub:
6-cı yer – Türkmənistan (– 3,09 bal);
11-ci yer – İran (– 2,66 bal);
12-ci yer – Belarus (– 2,50 bal);
18-ci yer – Tacikistan (– 2,14 bal);
19-cu yer – Rusiya (– 2,00 bal);
20-ci yer – Türkiyə (– 1,98 bal);
28-ci yer – Azərbaycan (– 1,52 bal);
32-ci yer – Qazaxıstan (– 1,45 bal);
33-cü yer – Özbəkistan (– 1,39 bal);
45-ci yer – Qırğızıstan (– 0,89 bal);
57-ci yer – Moldova (– 0,51 bal);
60-cı yer –  Ukrayna (– 0,35 bal);
72-ci yer – Gürcüstan ( + 0,12 bal);
119-cu yer – Ermənistan ( + 1,28 bal);
164-cü yer – Estoniya ( + 2,28 bal);
169-cu yer – Latviya ( + 2,34 bal);
178-ci yer – Litva ( + 2,56 bal).


Qeyd edək ki, araşdırmada ballar faiz göstəricisi deyil, ekspert qiymətləndirmələri əsasında hesablanıb. Bal nə qədər aşağıdırsa, hökumətin internetdə siyasi məlumatları məhdudlaşdırması bir o qədər yüksək hesab olunur. Müsbət ballar isə siyasi məlumatlara daha açıq çıxışı ifadə edir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top