ABŞ-da daha bir məhkəmə Trampın fərmanının icrasını dayandırıb

ABŞ-ın Sietl şəhər federal məhkəməsi prezident Donald Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasına müvəqqəti qadağa qoyub.

Bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, federal hakim prezidentin fərmanının icrası barədə müvəqqəti qadağanedici qərar çıxarıb. Qeyd olunur ki, məhkəmə əmri bütün ölkə miqyasında qüvvədədir.

Məhəkəmə iddiasını Vaşinqton ştatının baş prokuroru Bob Ferqyuson qaldırıb. O, məhkəmənin bu fərmanları qeyri-konstruktiv hesab etməsinə nail olacağını bildirib. İddiaya Minnesot ştatı rəhbərliyi də qoşulub. (Report)

Qeyd edək ki, bundan əvvəl Nyu-York federal məhkəməsi d eyni addımı atmış, ABŞ prezidentinin fərmanının icrasını dayandırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top