Putin və Tramp arasında görüş baş tutub – Bir saatdan az davam edib


Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində görüş keçirilib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, görüş bir saatdan az davam edib.
Bildirilir ki, görüş yerli vaxtla təxminən saat 12:15-də başlayıb.
Putin və Tramp APEC sammiti çərçivəsində keçirilən ikitərəfli görüşün nəticələri ilə bağlı KİV nümayəndələri qarşısında birgə bəyanatla çıxış etməyiblər.
Qeyd edək ki, bu, Trampın iki prezidentlik müddəti ərzində Rusiya və ABŞ liderlərinin səkkizinci üzbəüz görüşü, onun Ağ Evə qayıtmasından sonra isə ikinci görüşüdür.
Rusiya və ABŞ prezidentləri sonuncu dəfə 15 ay əvvəl – 2025-ci ilin avqustunda Ankoricdə görüşüblər.

DİGƏR XƏBƏRLƏR

Top