Vəkil Orxan Kəngərli həbs edildi – Yenilənib


Məhkəmə polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli barəsində qərar verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib.
Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4, -cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə, zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə), 240.2.1-ci ( Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 240.2.2-ci (təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, vəkil Orxan Rüstəm oğlu Kəngərli polis tərəfindən saxlanılıb.
O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunur.
Vəkil Orxan Kəngərli “Alyans” Vəkil Bürosunun müdiridir.

***9:26
“Alyans” Vəkil Bürosunun rəhbəri Orxan Kəngərlinin saxlanıldığı bildiirlir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, vəkil polis tərəfindən tutulub.
“O, Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli maddələri ilə ittiham olunur.”, - agentlik yazır.
Qeyd edək ki, bir müddət əvvəl dələduzluq və hədə-qorxu ilə tələb etməkdə ittiham olunan daha iki vəkil saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top