ABŞ Venesuela ilə hərbi əməkdaşlıq müqaviləsi imzaladı


ABŞ və Venesuela arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Karakasda Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqeslə görüşündən sonra məlumat verib.
Pentaqon rəhbəri qeyd edib ki, ABŞ Venesuela ilə müdafiə əməkdaşlığını gücləndirməyə sadiqdir.
“Bu gün müdafiə əməkdaşlığımızı gücləndirmək üçün müqavilə imzalamaq imkanına görə minnətdarıq. Qarşılıqlı əlaqəmizi artırmağı səbirsizliklə gözləyirik”, - deyə Heqset əlavə edib.
Sənəd Karakasdakı Miraflores prezident sarayında imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top