
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş noyabrın 19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasından sonra planlaşdırılır.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Jurnalistlər plenar iclasın bitməsindən sonra Putin və Tramp arasında ikitərəfli görüşün başlamasını gözləməlidirlər. Rusiya tərəfi danışıqların faydalı və məzmunlu olacağına ümid edir”, - Uşakov qeyd edib.
O, həmçinin, Rusiya və ABŞ prezidentləri arasında görüşün nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcəyini və hər tərəfdən bir neçə üzvün iştirak edəcəyini istisna etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz