
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında keçirilən hava hücumları zamanı HƏMAS-ın iki komandirinin öldürüldüyünü elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İDF Xan Yunis yaxınlığında hava hücumu zamanı HƏMAS-ın hərbi qanadının “Xan Yunis” briqadasının taqım komandiri Əşrəf Tabasini, həmçinin, başqa bir əməliyyat zamanı Cəbəliyyə yaxınlığında HƏMAS-ın “Qərbi Cəbəliyyə” batalyonunun taqım komandiri Saber Nabhanı öldürüb.
İDF-in məlumatına görə, öldürülən şəxslər İsrail əsgərlərinə və mülki şəxslərə qarşı hücumların hazırlanmasında iştirak ediblər və HƏMAS-ın hərbi potensialının bərpasında iştirak ediblər.
İDF həmçinin bunu atəşkəs razılaşmasının sistematik şəkildə pozulması kimi xarakterizə edib.
İDF əlavə edib ki, zərbələrdən əvvəl mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər görülüb, o cümlədən dəqiq idarə olunan sursatlardan və havadan müşahidə sistemindən istifadə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz