DİM dövlət qulluğu imtahanını ləğv etdi – Ödənişlər qaytarılacaq


Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən 4 dekabr tarixində BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, 13 dekabr tarixində isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməsi nəzərdə tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, 16 noyabr 2026-cı il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində dövlət qulluqçusunun dövlət qulluğunda fəaliyyətini davam etdirməsi üçün müvafiq sertifikat əldə etməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb.
Bununla əlaqədar olaraq, dekabrın 4-də keçirilməsi planlaşdırılan dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanın ləğv edilməsi qərara alınıb. İmtahanda iştirak etmək üçün ödəniş edən namizədlərin vəsaiti şəxsi kabinet hesablarına qaytarılacaq.
Qeyd edək ki, DİM tərəfindən əvvəlcədən elan edilmiş imtahan qrafikinə əsasən, dekabrın 4-də BB vəzifə altqrupu, dekabrın 13-də isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulub.
Məlumata görə, hər iki imtahanda namizədlərə Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minməzdən əvvəl müəyyən edilmiş proqram əsasında qanunvericilik, informatika, Azərbaycan dili və məntiqi təfəkkür üzrə test tapşırıqları təqdim olunacaq.
Qanunvericilik üzrə suallar isə Dövlət Qulluğu Məcəlləsinin qüvvədən düşmüş “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarla eynilik təşkil edən normalarını əhatə edəcək.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə Dövlət Qulluğu Məcəlləsinin 22.3-cü maddəsinə əsasən, iki il müddətinə qüvvədə olan “Dövlət qulluğu sertifikatı” veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top