TRIPP layihəsinin praktiki icrasına başlayırıq – Paşinyan


Ermənistan TRIPP layihəsinin həyata keçirilməsinin praktiki mərhələsinə qədəm qoyur.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə hökumət saatı zamanı bildirib.
Paşinyan qeyd edib ki, layihənin icrası çərçivəsində kommunikasiyaların çəkilməsi üçün zəruri olan ərazidə sərhədin cənub hissəsinin delimitasiyası və demarkasiyası aparılacaq: “Dublində keçirilən görüşdə Azərbaycan Prezidenti ilə əvvəllər əldə olunmuş razılaşmalar bir daha təsdiqlənib.
Ermənistanın baş naziri vurğulayıb ki, hakimiyyətin “Əsl Ermənistan” konsepsiyası çərçivəsində heç bir ərazi güzəştinə getmək niyyəti yoxdur.
“Əsl Ermənistan” çərçivəsində heç nəyi güzəştə getməmişik və etmək niyyətində də deyilik. Belə bir gündəm yoxdur”, – deyə Paşinyan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top