Ağ evin hasarı olacaq

ABŞ-ın ali dövlət məmurlarının və əcnəbi qonaqların mühafizəsi ilə məşğul olan məxfi xidmət Ağ evin ətrafında yeni hasarın tikilməsi üçün yekun icazə alıb. “Yeniavaz.com”un AİF-ə istinadən verdiyi məlumata görə, yeni hasar əvvəlkindən yarım metr hündür olacaq və onun hündürlüyü təqribən 3,6 metr təşkil edəcək. Bundan başqa, o, çox möhkəm olacaq və qadağanı pozanları aşkarlama üzrə texnologiya ilə təchiz ediləcək. Məxfi xidmət hesab edir ki, belə bir hasara çıxmaq demək olar mümkün olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top