Dövlət qurumu 2 ay əvvəl yaranan şirkətlə satınalma müqaviləsi imzalayıb


Xəzər Rayonu Gigiyena və Epidemiologiya Mərkəzi “Grandera 90” MMC (VÖEN – 1009765761) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
“Grandera 90” MMC Gigiyena və Epidemiologiya Mərkəzinin sifarişi ilə bu quruma dəftərxana və təsərrüfat malları satacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Grandera 90” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi ŞTQ, Əhməd Rəcəbli küçəsi, ev 269-da yerləşir. MMC-nin qanuni təmsilçisi Qəribov Eldar Sərvər oğludur.
Satınalmanın maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Grandera 90” MMC cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Müqavilənin icrasına 2026-cı il noyabrın 18-də başlanılıb, “Grandera 90” MMC isə 2026-cı il sentyabrın 18-də dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəricilərinə dair müəyyən edilən tələblərlə bağlı suallar yaradır. Belə ki, həmin maddənin 23.4.1-ci bəndində açıq şəkildə qeyd olunur ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün təchizatçının müvafiq sahədə peşəkarlığı və təcrübəsi olmalıdır.
Cəmi 2 ay əvvəl yaradılan “Grandera 90” MMC barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top