Bu il ünvanlı sosial yardımın orta aylıq məbləği 3 manat 30 qəpik artıb


Bu il oktyabrın 1-i vəziyyətinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ünvanlı dövlət sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği 99 manat təşkil edib.
Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində 76,1 min aztəminatlı ailənin 336 min üzvü ünvanlı dövlət sosial yardım alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 95,7 manat təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top