Lukaşenko: Onu Azərbaycana verməmək üçün hansı əsaslarımız var?

Belarus Rusiya-İsrail blogeri Andrey Lapşinin Azərbaycana təhvil verilməməsi üçün əsas görmür. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən mətbuat konfransında deyib. O bildirib: “Bizim onu Azərbaycana verməmək üçün hansı əsaslarımız var? Heç bir”. A. Lukaşenko qeyd edib ki, A. Lapşinin saxlanılması İnterpolun qərarına uyğun olaraq həyata keçirilib: “Və bütün qanunlara və qaydalara əsasən, onu Azərbaycana verməliyik. Əlbəttə ki, biz ümumiyyətlə onu buraxa bilərik, lakin bu, düzgün olmaz. Biz kimisə saxlayanda bizə də eyni cür münasibət göstərəcəklər. Buna görə də bütün sazişlər üzrə onu Azərbaycana təhvil verməliyik”

Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib. Belarus Baş Prokurorluğu onun Azərbaycana təhvil verilmsi barədə qərar çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top