
Bu ilin oktyabr ayının 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 94,2 pensiyaçı qeydiyyatda olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pensiyaçıların sayı 5,8 min nəfər və ya 0,5% azalıb.
Qeyd edək ki, son 17 il ərzində Azərbaycanda pensiya alanların sayı 214,2 min nəfər və ya 16,4% azalıb. Belə ki, 2010-cu ilin əvvəlində ölkədə 1 milyon 308,4 min pensiyaçı olub.
Məlumat üçün bildirək ki, son 17 ildə pensiyaçıların sayında azalma olduğu halda, yaşa görə aylıq sosial müavinət alanların sayı kəskin artıb. Belə ki, 2010-cu ildə ölkədə 17 min 781 nəfər yaşa görə aylıq sosial müavinət aldığı halda, bu ilin oktyabr ayının əvvəlində onların sayı təxminən 10 dəfə artaraq 179 min 525-ə çatıb.
Onu da qeyd edək ki, yaşa görə aylıq sosial müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur.
Hazırda Azərbaycanda pensiyaların orta məbləği 595,8 manat, yaşa görə aylıq sosial müavinətin məbləği isə 220 manat təşkil edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz