ABŞ İrandakı Qeşm adasına zərbə endirib


ABŞ ordusu İranın cənubunda yerləşən Qeşm adasına hava hücumu həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
ABŞ hərbi qüvvələrinin sözçüsü agentliyə bildirib ki, Amerika qırıcı təyyarələri İranın ABŞ qoşunlarına və hərbi obyektlərinə endirdiyi zərbələrə cavab olaraq Qeşm adasındakı raket buraxılış məntəqəsini hədəf alıb. Hücumla bağlı əlavə məlumat açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin cənubunda, Qeşm adası yaxınlığında ABŞ-yə məxsus MQ-1 kəşfiyyat və hücum pilotsuz uçuş aparatının məhv edildiyini bildirmişdi.
Hadisədən sonra İranın “Pars Today” teleqram kanalı ABŞ-ın Qeşm adasına hücumu nəticəsində azı altı zərbə qeydə alındığını iddia edib. Hücumların nəticələri və dəymiş ziyan barədə hələlik ətraflı məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top