Tramp Putinlə ikitərəfli görüş keçirmək istədiyini bildirib


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək istədiyini, lakin hələlik bu məsələdə dəqiq qərarın olmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Putinlə ayrıca görüşün mümkünlüyü barədə jurnalistin sualını cavablandıran Tramp deyib:
“Bilmirəm, amma belə bir imkan yaranarsa, bunu edərdim”.
O, bu açıqlamanı Manilada Yaponiya, Hindistan və Avstraliya liderləri ilə Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD) formatında danışıqlardan əvvəl verib.
Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın cümə axşamı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində görüşəcəkləri bildirilir.
Sammit noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top