Daban dərisinin sərtləşməsi xərçəng əlaməti ola bilər

Dabanların və ovucun iç dərisinin sərtləşməsinə bir çox insanlar çox da əhəmiyyət vermirlər. Səbəbi isə odur ki, əksər insanlarda buna rast gəlinir. "Yeniavaz.com" saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparılan bir araşdırma zamanı müəyyən edilib ki, dabanların sərtləşməsi heç də sadə problem deyil. Londonun məşhur universitetində aparılan bir araşdırma nəticəsində bəlli olub ki, dabanlardakı döyənəklə yemək borusu xərçəngi arasında əlaqə var. Belə ki, bəzi hallarda davanlar o qədər sərtləşir ki, xəstələr dərini ülgüclə qazıyırlar. Alimlərin gənaətincə, qida borusu xərçənginə səbəb olan iRHOM2 geni dərinin ən böyük komponenti olan keratini zəiflədərək ovucun içindəki və ayaq dabanındakı dərinin qalınlaşmasında önəmli rol oynayır. Elm adamları bu araşdırmanın nəticələrini yemək borusu xərçəngini öncədən aşkarlamaqda olduqca önəmli bir hadisə olacağını bildirirlər.

DİGƏR XƏBƏRLƏR

Top