
Türkiyənin nüfuzlu media qurumlarından “Sözcü TV”də bu gün səhər saatlarında əməliyyat keçirilib.
Yeniavaz.com xəbər verir ki, telekanalın öz internet saytında yaydığı məlumata görə, məhkəmə qərarı əsasında televiziya binasında axtarışa başlanılıb.
Bildirilir ki, binanın yerləşdiyi küçə polis tərəfindən bağlanıb və saxlanılmalar həyata keçirilib.
Saxlanılanlar arasında İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və kanalın keçmiş baş direktoru Asım Akgülün də olduğu bildirilir.
Bundan başqa, telekanala Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən qəyyum təyin edilib.
Tətbiqimizi yükləyə bilərsiniz