
Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu keçirib.
Yeniavaz.com xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi milli komanda səfərdə Andorra milli komandası ilə üz-üzə gəlib.
Andorranın Enkamp şəhərində keçirilən oyun Azərbaycanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Milli komandamızın heyətində qolları Eşqin Əhmədov (2), Musa Qurbanlı (47) və Toral Bayramov (70) (penalti) vurublar.
Rəqibin heyətində isə Rikard Fernandes (55) fərqlənib.
Qeyd edək ki, bu, milli komandamızın 2026-cı ildə son oyunu olub. Komandamızın kapitanı Emin Mahmudov bu görüşlə birlikdə Azərbaycan millisindəki karyerasını başa vurub.
Tətbiqimizi yükləyə bilərsiniz