
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə hazırkı “Air Force One” prezident təyyarəsi əvəzinə Qətər tərəfindən hədiyyə edilən təyyarə ilə uçacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə NBC telekanalı iki ABŞ rəsmisinə istinadla məlumat verib.
Teıekanal bildirib ki, Prezident Donald Trampın bazar ertəsi günü Asiyaya yola düşməsi gözlənilir.
Bununla yanaşı, NBC mənbələrinin qeyd etdiyi kimi, İrandan gələn təhdidlərdən sonra zəruri olan modernləşdirmə ilə bağlı suallar hələ də qalmaqdadır. Belə ki, bu təhdidlər Trampı iyul ayında Türkiyədən öz təyyarəsi əvəzinə gizli hərbi təyyarə ilə evə qayıtmağa məcbur etmişdi.
Telekanalın məlumatına görə, təyyarə yalnız qismən modernləşdirilib və kosmetik təmirdən keçib, baxmayaraq ki, Ağ Ev əvvəllər daha geniş işlərin görülməli olduğunu bildirmişdi.
Tramp sentyabr ayında 60 gün ərzində əsaslı modernləşdirmə vəd etmişdi, lakin o, artıq oktyabr ayında bu təyyarə ilə İrlandiyaya uçmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz