Bu ölkələr “Telegram”ı blokladı


İraq və İordaniya “Telegram” messencerinə girişi bloklayıb.
Yeniavaz.com
xəbər verir ki, İraq Media və Kommunikasiya Komissiyası milli təhlükəsizliyi təmin etmək və qanunsuz məzmunla mübarizə aparmaq üçün ölkədə ”Telegram”ı bloklayıb.
Komissiyanın məlumatına görə, messncer qanunvericiliyin tələblərini yerinə yetirməyib və qaydaları pozan məzmunların silinməsi ilə bağlı ondan tələb olunan addımları atmayıb.
Qərara əsasən, messencerin qayda pozuntularını aradan qaldırması üçün 30 gün vaxt verilib. 
Digər tərəfdən,  İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi də krallıqda “Telegram” messencerinin bloklandığını elan edib.
“Telegram” ekstremizm və radikalizmin yayılması, eləcə də milli təhlükəsizliyə təsir edən kibercinayətkarlıqlar üçün platforma təmin edib”, - idarə bildirib.
İdarə həmçinin bildirib ki, qərar rəqəmsal təhlükəsizliyi gücləndirmək və istifadəçiləri qorumaq səylərinin bir hissəsi olaraq verilib.
Rəqəmsal platformalardan istifadə ilə bağlı risklər arasında idarə rəhbərliyi təhdidləri, şantajı və qanunsuz materialların yayılmasını qeyd edib. 
Qərarda bloklama müddəti və ya onun ləğvi şərtləri göstərilməyib.

DİGƏR XƏBƏRLƏR

Top