
“Ravenna” klubu İtaliya futbol çempionatının üçüncü divizionunun 14-cü turunun ev oyununda “Forlì” klubunu 2-0 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir ki, qolları Culio Donati (36-cı dəqiqə) və Simone Rabbi (58-ci dəqiqə) vurublar.
“Ravenna”nın start heyətinə 2005-ci ildə “Qızıl top” mükafatı qazanan braziliyalı futbolçu Ronaldinyo da daxil olub. O, komandaya iyun ayında qoşulub. Mart ayında 46 yaşı tamam olan keçmiş braziliyalı oyunçu həm də klubun investorudur.
Bu matç onun 11 ildən sonra ilk peşəkar oyunu kimi tarixə düşüb. Belə ki, Ronaldinyo 2015-ci ildə karyerasını başa vurduğunu elan edib.
Qeyd edık ki, “Ravenna” 32 xalla turnir cədvəlində ikinci yerdədir. Klub 22 noyabrda səfərdə “Livorno ilə” qarşılaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz