Rusiya-Türkiyə əlaqələrinin bərpasında məxfi rol oynayan şəxs...

Moskva Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakultəsinin keçmiş kafedra müdiri, “Çarqrad” telekanalının baş redaktoru Aleksandr Duqin iddia edir ki, Rusiya-Türkiyə əlaqələrinin bərpa olunmasında həlledici, bir çox halda məxfi rol oynayıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bunu “Bloomberg” agentliyinə Ankaradakı yüksəkvəzifəli mənbə deyib. Məxfi danışıqlar üçün Moskvya uçmuş istefada olan türk general agentliyə bildirib ki, 2015-ci il noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələri Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəni vurduqdan sonra A. Duqin Rusiya və Türkiyə prezidentlərinə təhlükəli düşmənçiliyə son qoymağa kömək etmək üçün hər iki ölkədəki əlaqələrindən istifadə edib. Türkiyə kəşfiyyatının keçmiş rəhbəri İsmayıl Pekin də iki ölkə arasındakı böhranın həllində A.Duqinin rolu barədə “Bloomberg”ə məlumat verib. Onun sözlərinə görə, məhz A. Duqin 2015-ci ilin dekabrında Türkiyə nümayəndələrinin rusiyalı zabitlərlə görüşünü təşkil edib: “Bu səfər zamanı Duqin türk nümayəndə heyətinin üzvlərini gizli otağa apararaq məxfi yerdə multimilyonçu, “Çarqrad” telekanalının təsisçisi Konstantin Malofeyevlə görüşdürüb. Duqin onu Putinin sağ əli kimi təqdim edib”. Agentliyin həmsöhbəti əlavə edib ki, türklər K. Malofeyevi əmin ediblər ki, Rəcəb Tayyib Ərdoğanın vurulmuş təyyarə ilə əlaqəsi yoxdur və insidentə görə məsuliyyəti Türkiyə ordusunda nəzarət edilməyən qüvvələr daşıyır. A. Duqin RBK-ya təsdiq edib ki, iki ölkə arasında əlaqələrin bərpa olunmasında aktiv rol oynayıb və bir çox görüşlərin keçirilməsinə təşəbbüs göstərib.

DİGƏR XƏBƏRLƏR

Top