
Novxanı-Pirşağı yolunun (Sahil küçəsi) müəyyən hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, məhdudiyyətlə əlaqədar 537 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti olaraq 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri istiqamətində təşkil olunub.
Təmir işləri başa çatanadək marşrut üzrə avtobuslar qeyd olunan alternativ hərəkət sxemi ilə xidmət göstərəcək.
Tətbiqimizi yükləyə bilərsiniz