Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi


Avropa İttifaqı (Aİ) Rusiyanın Ukrayna ilə müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədilə 113 fiziki və hüquqi şəxsə qarşı əlavə sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Aİ Şurasının qətnaməsində öz əksini tapıb.
Sənədə görə, sanksiya siyahısına 12 fiziki şəxs və 101 hüquqi şəxs daxil edilib. 
Yeni sanksiya siyahısına görə, 50-yə yaxın Rusiya bankı və maliyyə təşkilatı sanksiyalara məruz qalıb.
Siyahıya həmçinin iri elektron ticarət şirkətləri “Wildberries” və “Ozon” ilə əlaqəli şəxslər daxil edilib.
Bundan əlavə, neft emalı ilə sahəində fəaliyyət göstərən və neft məhsulları istehsal edən 12 Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edilib.
Aİ, həmçinin Rusiya mənşəli neft məhsullarını alan, eləcə də daşıyən Birləşmiş Ərəb Əmirlikləri, Çin, Seyşel adaları və Omandan olan şirkətləri də hədəf alıb.
Sənədə əsasən, siyahıya daxil edilən şəxslərin aktivləri dondurulur, onlara maliyyə və iqtisadi resursların birbaşa və ya dolayısı ilə təqdim edilməsi qadağan olunur.
Həmçinin, fiziki şəxslərin Aİ ərazisinə girişinə də qadağa qoyulur.

DİGƏR XƏBƏRLƏR

Top