Yeni Ceyms Bond o olacaq


“Amazon MGM Studios” yeni Ceyms Bondun britaniyalı aktyor Robert Pattinsonun olacağını elan edib.
Yeniavaz.com
xəbər verir ki, şirkət bu barədə sosial şəbəkə səhifələrində məlmat verib.
Şirkət ilk filmlə bağlı ilk promo materiallarını yayımlayıb və Pattinsonun yeni “Agent 007” olduğunu bildirib.
Franşizanın pərəstişkarları iki cəbhəyə bölünüblər Belə ki, şərhlər həm müsbət, həm də mənfi fikirləri əhatə edir.
Qeyd edək ki, noyabrın əvvəlində “The Hollywood Reporter” qəzeti Robert Pattinsonun yeni Ceyms Bond filmində “Agent 007” rolunu oynamaq üçün danışıqlar apardığını bildirmişdi.
Qəzet həmçinin, 24 oktyabrda baş tutan sınaq çəkilişlərində Kallum Terner, Cek Louden və Coş O'Konnorun da iştirak etdiyini qeyd etmişdi.
Xatırladaq ki, yeni Bond filminin rejissoru Denis Vilenev (“Dune”), ssenaristi isə Stiven Naytdır (“Peaky Blinders”).

DİGƏR XƏBƏRLƏR

Top