Tramp Kim Çen Inla da görüşmək istəyir


ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla  danışıqların mümkünlüyünü istisna etməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, ASEAN və APEC tədbirlərində iştirak etmək üçün Filippin və Çinə uçmazdan əvvəl Ağ Evdə jurnalistlərə bildirib.
“Biz Çinə gedəcəyik və orada Prezident Si Cinpinlə görüşəcəyik. O, bir ay əvvəl burada (ABŞ-də) idi və biz həmçinin Prezident Putin və bəlkə də, Kim Çen Inla görüşəcəyik. Beləliklə, bizim çox şeyə nail olmaq şansımız var”, - Amerika lideri qeyd edib.
Qeyd edək ki, oktyabr ayında Tramp Şimali Koreyanın nüvə silahlarına görə Kim Çen Inla yaxşı münasibətlər saxladığını bildirmişdi. Ağ Ev rəhbərinin sözlərinə görə, bir insanın 112 nüvə raketi varsa, onunla yola getmək vacibdir.
Xatırladaq ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) sammiti 17-19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək. Tədbirin son günündə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında görüş keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top