
Tailandın Mekonq çayında balıqçılar bədənlərində qabarcıqlar və rəngi dəyişmiş üzgəcləri olan naqqa balıqları tutublar.
Yeniavaz.com “South China Morning Post” nəşrinə istinadla xəbər verir ki, onlara “zombi balıqlar” adı verilib.
Ekoloqlar qeyri-adi görünüşlü balıqların meydana çıxmasını çayın yuxarı axarında aparılan mədən işləri nəticəsində suyun arsen və ağır metallarla mümkün çirklənməsi ilə əlaqələndirirlər.
Nəşr yazır ki, belə hallara 2020-ci illərin əvvəllərindən rast gəlinir. İddialara əsasən, 2024–2026-cı illərdə çay suyunda arsenin miqdarı yol verilən normanı 3-4 dəfə üstələyib.
Ekoloqlar xəbərdarlıq edirlər ki, Mekonq çayının bundan sonra da çirklənməsi ekoloji fəlakətə səbəb ola bilər.
Qeyd edək ki, Asiyanın altı ölkəsinin ərazisindən keçən çay milyonlarla insanı su və ərzaqla təmin edir.
Tətbiqimizi yükləyə bilərsiniz