NATO Baş katibi Rusiyanı döyüşlərin dayandırılmasına yardım etməyə çağırdı

NATO Baş katibi Yens Stoltenberq Rusiyaya müraciət edərək Donbasda döyüşlərin dayandırılması üçün oz nüfuzundan istifadə etməyə çağırıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Stoltenberq: "Biz atəşkəsin pozulduğunu və münaqişə bölgəsində zirehli texnikanın cəmləşdiyini, orada ağır humanitar vəziyyətin əmələ gəldiyini görürük. Biz Rusiyanı Minsk anlaşmasının şərtlərini yerinə yetirməsi üçün separatçılara təsir göstərməyə çağırırıq",-deyib.

Xatırladaq ki, hazırda döyüşlərin getdiyi və Ukraynanın nəzarəti altında olan Avdeyevkada, həmçinin separatçıların idarə etdiyi Yasinovatada ağır vəziyyət əmələ gəlib. Avdeyevkada və Yasinovatada su, qaz, işıq yoxdur və faktiki olaraq orada yaşayanlar humanitar faciə qarşısında qalıblar.

DİGƏR XƏBƏRLƏR

Top