
2016-cı ildə Almaniyadan sığınacaq istəyən Türkiyə vətəndaşlarının sayı 5700 nəfəri ötüb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Almaniyanın daxili işlər naziri Tomas de Meyzer deyib. Onun sözlərinə görə, 2015-ci ildə sığınacaq üçün müraciət edənlərin sayı 1700 nəfər olub. Nazir qeyd edib ki, Türkiyədən sığınacaq tələblərinin qəbul edilmə faizi aşağıdır: “2016-cı ilə edilən müraciətlərin 8 faizi müsbət həllini tapıb”.
Tətbiqimizi yükləyə bilərsiniz