
Ağstafa rayonunun Çeyrançöl ərazisində 2026-cı il 15 noyabr tarixində sursat partlayışı hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, Qazax rayonu Dəmirçilər kənd sakini 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonu Daşsalahlı kənd sakini 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində İbrahimov Rəsul aldığı xəsarətlərdən həlak olub, Əmrahov Sahub isə xəsarət alıb.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz