Ordubadda qadınları yas mərasiminə aparan avtobus aşıb – Fotolar


Ordubadda avtobus aşıb, xəsarət alanlar var.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dırnıs kəndində baş verib.
İlkin məlumata görə, hadisə zamanı 11 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Qəza zamanı xəsarət alanlar 1966-cı il təvəllüdlü Həsənova Səkinə Asəf qızı, 1962-cı il Bağırova Səadət Qəhrəman qızı, 1964-cü il təvəllüdlü İmanova Zəhra Firudin qızı, 1962-ci il təvəllüdlü Həsənova Kəmalə Firudin qızı, 1988-ci il təvəllüdlü Möhsünlü Sura İmaməli qızı, 1967-ci il təvəllüdlü Məmmədova Sara İsgəndər qızı, 1979-cu il təvəllüdlü Əliyeva Raidə Tofiq qızı, 1992-ci il təvəllüdlü Tağıyeva Gülşad Əşrəf qızı, 1966-cı il təvəllüdlü Tağıyeva Cəmilə Əhməd qızı, 1955-ci il təvəllüdlü Həsənova Validə Adil qız və 1977-ci il təvəllüdlü Hacıyeva Güllər Kamil qızıdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, onlar yas mərasiminə gedən zaman qəzaya düşüblər.
Faktla bağlı araşdırma aparılır.



DİGƏR XƏBƏRLƏR

Top