
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ölkə.az məlumat yayıb.
Bildirilib ki, Milli Qəhrəman bu gün müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.
Qeyd olunub ki, mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl E.Əliyevin səhhətində ciddi problemlər yaranmışdı. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilmişdi. Vəziyyəti daha da ağırlaşdığına görə Milli Onkologiya Mərkəzinə köçürülmüşdü. O, son günlər süni nəfəs aparatına qoşulmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz